"Türk dövlətləri arasında ali təhsil, elm sahələrində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir" Hadisə

"Türk dövlətləri arasında ali təhsil, elm sahələrində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir"

İqtisadi sahələrin sürətlə dəyişdiyi və rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə təhsil sistemləri qarşısında yeni çağırışlar yaranır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türk Dövlətləri Beynəlxalq Universitetinin rektoru Bahodir Turayev deyib.

"Ali təhsil elə bir nəsil yetişdirməlidir ki, onlar ideyalar inkişaf etdirməyə, elmi kəşflər etməyə və ölkələrin inkişafına töhfə verən innovativ həllər yaratmağa qadir olsunlar. Bu baxımdan, Türk dövlətləri arasında ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın yeni səviyyəyə qaldırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimizi ortaq tarix, bir-birinə çox yaxın mədəniyyətlər, mənəvi dəyərlər və qarşılıqlı anlaşma ənənələri birləşdirir" - o, deyib.

Cavid