"İğtişaşların arxasında Rusiya və İranın olduğu dəqiqləşir" Gündəm

"İğtişaşların arxasında Rusiya və İranın olduğu dəqiqləşir"

Rusiya-Ukrayna müharibəsinin Avropaya keçdiyini müşayət edirik. Avropa Ukraynanın arxasında durmasının bədəlini Fransa, İtaliya, Almaniyada miqrantların vandalizm aktları ilə müşayət olunan iğtişaşları ilə ödəyir. Bu iğtişaşların arxasında Rusiya və İranın olduğu dəqiqləşir. Tramp isə bunu Avropanın aşırı və nəzarətsiz miqrant siyasəti ilə əlaqələndirib sərhədlərin bağlanmasının vacibliyini söyləyir. Görünən odur ki, Avropaya bu şəkildə edilən təzyiqin məqsədi Tramp-Putin cütlüyünün Ukraynanı sülhə məcbur etmək üçün Avropanı zəiflətmək planıdır.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

"Hesab edirəm ki, Tramp və Putin ABŞ konqresinə aralıq seçkilərə kimi bu gərginliyi artıracaq. Bunun Trampa köməyinin olacağı ehtimalı az olsa da, ABŞ-da Trampa qarşı təşkil edilən böyük nümayişlər fonunda Avropada bu kimi iğtişaşlar qarşı güclərə verilən mesajdır. Avropa şəhərlərində brend markalı obyektlərin talan edilməsi qloballaşma tərəfdarları olan güclərə, hansı ki, Tramp onların əleyhinədir. Eyni zamanda ABŞ nümayişlərinin təşkilatçıları da qloballaşma tərəfdarlarıdır. Beynəlxalq güclərin qarşılıqlı münasibətlərinin meydanlara çıxması dünya üçün yaxşı heç nə vəd etmir" - o, deyib.

Cavid