17:35
434
Birləşmiş Ştatlar İrandakı daxili siyasi vəziyyətin inkişafı ilə bağlı proqnozlarında səhvə yol verib, çünki süni intellektin qiymətləndirmələrinə və digər qeyri-obyektiv məlumatlara arxalanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.
"Düşmən elə düşünürdü ki, ölkəmizdə aclıq, qarət, sosial kollaps, qeyri-sabitlik və təzyiq yarada biləcək. Lakin onların süni intellekt məlumatlarına, casus şəbəkələrindən və agentlərdən alınan informasiyalara əsaslanan hesablamaları bir-birinin ardınca puça çıxdı", - deyə Pezeşkianın mətbuat xidmətinin Telegram kanalında yerləşdirilən bəyanatında qeyd olunur.
Məryəm Quliyeva