AFFA rəsmisi Tbilisidə stadionun hazırlıq vəziyyətini yoxlayıb İdman

AFFA rəsmisi Tbilisidə stadionun hazırlıq vəziyyətini yoxlayıb

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov avqustun 8-9-da UEFA-nın matç direktoru qismində Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub.

Bu barədə AFFA məlumat yayıb.

UEFA tərəfindən ezam olunan Elçin Məmmədov ötən mövsüm Gürcüstan çempionu olan “İberiya” klubunun ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadionu ziyarət edib.

Səfərin əsas məqsədi arenanın 2026/2027-ci illər mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinin oyunlarını qəbul etməyə hazırlıq səviyyəsini qiymətləndirmək olub.

Səfər çərçivəsində “İberiya” klubunun nümayəndələri ilə görüş keçirilib. Görüşdə yeni mövsümdə qaydalara ediləcək dəyişikliklər müzakirə olunub.