"Neftçi" ilə oyunda xəsarət alan Səbuhi Abdullazadə 5 ay meydandan kənarda qalacaq İdman

"Neftçi" ilə oyunda xəsarət alan Səbuhi Abdullazadə 5 ay meydandan kənarda qalacaq

“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə əməliyyat olunub.

Futbolçunun Bakıdakı özəl xəstəxanalardan birində keçirilən əməliyyatı uğurla başa çatıb.

Səbuhi Abdullazadənin təxminən 5 aydan sonra yaşıl meydanlara qayıtması gözlənilir.

Qeyd edək ki, millinin 24 yaşlı futbolçusu dünən “Neftçi” ilə keçirilən matçda birbaşa qırmızı vərəqə ilə meydanı tərk edərkən özünə xəsarət yetirib. O, meydandan ayrılarkən əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası onun ayağına düşərək zədələyib.