26 Avqust 23:27
26 Avqust 23:21
26 Avqust 23:09
08:17
322
"Suspilne" Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff və Vatikanın xarici işlər naziri, arxiyepiskop Pol Riçard Qallaherin səfərləri ilə bağlı fərziyyələri müzakirə edib.
Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko xalqcebhesi.az-a deyib ki, təbii ki, bu ölkələrin kəşfiyyat orqanları Rusiyanın ya yeni cəbhənin açılması (məsələn, Baltikyanı bölgədə – Ratkliff Riqada dayanmışdı), ya da daha güclü silahların tətbiqi ilə bağlı planları barədə məlumat əldə ediblər:
"Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və Türkiyəni (hansı ki, sonuncunun böyük və döyüş təcrübəsinə malik ordusu var) əhatə edən nüvə alyansını nəzərə alsaq, ABŞ-nin Türkiyəni vasitəçi kimi görməsi ehtimalı azdır.
Beləliklə, Vatikan hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlarda ABŞ üçün arzuolunan vasitəçi və moderatora çevrilir. Vladimir Putinin mənəvi müşaviri olan Volokolamsk mitropoliti Antoni ilə keçirilən görüş dərin və qeyri-rəsmi əlaqələrin mövcudluğundan xəbər verir, həmçinin potensial nəticələrə dair ümid yaradır".
Cavid