“Bitcoin”in qiyməti 79 min dollardan aşağı düşüb İqtisadiyyat

“Bitcoin”in qiyməti 79 min dollardan aşağı düşüb

Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,27% ucuzlaşaraq 78 785,49 ABŞ dollarına enib.
“Ethereum” sutka ərzində 1,07% bahalaşaraq 2 489,98 dollara, BNB 1,03% artaraq 702,66 dollara yüksəlib. “Bittensor” 2,15% bahalaşaraq 238,60 dollara çatıb.

“Zcash” 0,26% ucuzlaşaraq 780,44 dollara, “Monero” 0,83% azalaraq 439,65 dollara, “Bitcoin Cash” isə 0,49% geriləyərək 266,40 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son sutkada 0,32% azalaraq 4 621,41 dollara, “Tether Gold” (XAUT) isə 0,33% ucuzlaşaraq 4 618,73 dollara düşüb.

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,06% artaraq 2,65 trilyon dollara çatıb.
Analitiklərə görə, “Bitcoin”in 80 min dollar həddini keçdikdən sonra yenidən bu səviyyədən aşağı düşməsinə bazarda mənfəətin realizasiyası və qısamüddətli satış təzyiqinin artması təsir göstərir.