Pentaqonda Əfqanıstanla bağlı gizlədilmiş məfxi sənədlər tapıldı Dünya

Pentaqonda Əfqanıstanla bağlı gizlədilmiş məfxi sənədlər tapıldı

Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell 2021-ci ildə Amerika qüvvələrinin Əfqanıstandan çıxarılmasına dair qəsdən gizlədilmiş məlumatların aşkar edildiyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Bu yaxınlarda mənim komandam son dərəcə mühüm məxfi sənədlər aşkar edib. Aşkara çıxarılmalı olan materiallar tapılmasın deyə seyflərdə gizlədilib", — deyə Parnell bildirib.

Pentaqon rəhbərinin köməkçisi məxfiliyi ləğv edilmiş sənədlərin tam olaraq nə ilə bağlı olduğunu dəqiqləşdirməyib, lakin əlavə yoxlamalardan sonra bu məlumatların ictimaiyyətə açıqlanacağını qeyd edib.

Məryəm Quliyeva