İran münaqişəsinin həlli üçün realist siyasi qərarlar tələb olunur Gündəm

İran münaqişəsinin həlli üçün realist siyasi qərarlar tələb olunur

İran ətrafındakı münaqişənin nizamlanması üçün Vaşinqton və Tehran arasında anlaşma memorandumunun çərçivəsindən kənara çıxan qərarlar vacibdir.

Xalqcebhesi.az xəbər verir ki, bu fikri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Ənvər Qarqaş bildirib.

"Bu gün gərginliyin azaldılmasından və Hörmüz boğazında normal gəmiçiliyin bərpasından başlayaraq böhranın siyasi və iqtisadi tərəflərini nəzərə alan realist və dayanıqlı siyasi qərarlara ehtiyac var. Bu, praktiki və qəbuledilən yol xəritəsini özündə ehtiva etməyən anlaşma memorandumunun çərçivəsindən kənara çıxan daha realist yanaşmaya gətirib çıxaracaq", - deyə o, "X" səhifəsində yazıb.

Məryəm Quliyeva