12:13
280
İyulun sonunda sərhədin kütləvi şəkildə pozuntusundan bəri cinayət törətdiklərinə görə Seuta muxtar şəhərindən ən azı 100 nəfər qanunsuz miqrant deportasiya edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes bildirib.
"Mən bu barədə çox aydın danışdım — kim olmalarından, haradan gəlmələrindən və hansı pasporta sahib olmalarından asılı olmayaraq, onlara qarşı qanunun bütün sərtliyi tətbiq olunur", — deyə o, "Cadena SER" radiosuna müsahibəsində bildirib. O əlavə edib ki, İspaniya miqrantların qəfil axınının səbəblərini araşdırmağa davam edir. Sançesin sözlərinə görə, ölkə hökuməti Seuta iqtisadiyyatını dəstəkləmək üçün əlavə 168 milyon avro ayırmağı planlaşdırır.
Məryəm Quliyeva