İran hərbçiləri dəniz və hava blokadasını yarmağa hazırlaşır Dünya

İran hərbçiləri dəniz və hava blokadasını yarmağa hazırlaşır

İran silahlı qüvvələri ölkənin dəniz və hava blokadasını aradan qaldırmağa hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Londondan yayımlanan "Iran International" kanalı İran parlamentinin deputatı Əhməd Rastinedən sitat gətirərək məlumat verib.

"Silahlı qüvvələrimiz dəniz və hava blokadasını yarmaq məqsədilə plan hazırlayıb, tezliklə bu plan icra olunacaq", - deyə o bəyan edib.

O, İranın nə ABŞ-yə qarşı cavab tədbirlərindən, nə də nüvə proqramını inkişaf etdirməkdən imtina etmədiyini vurğulayıb.

Rastineh əlavə edib ki, parlament İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Ərakçinı Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün yeni qaydaları tətbiq etməyə məcbur edən qanun qəbul edə bilər. Deputatın sözlərinə görə, boğazdakı vəziyyət ABŞ və İsrailin bu il fevralın 28-də İrana hücumundan əvvəlki statusa qayıda bilməz.

Məryəm Quliyeva