Science: 13 noyabr 2026-cı il "dünyanın sonu" elan olunub Dünya

Science: 13 noyabr 2026-cı il "dünyanın sonu" elan olunub

Alimlər 1960-cı ildə riyazi model yaradaraq dünyanın sonunun nə vaxt çatacağını proqnozlaşdıra bilmişdilər. Onların hesablamalarına görə, bu, 2026-cı il noyabrın 13-də, cümə günü baş verəcək.

Xalqcebhesi.az xəbər verir ki, tədqiqat "Science" jurnalında dərc olunub.

Tədqiqatçılar modelin əsası kimi son iki min il ərzində Yer kürəsi əhalisinin artım göstəricilərini götürmüşdülər.Əgər bu tendensiya dəyişmədən davam etsəydi, həmin ilin 13 noyabr tarixinə qədər insan populyasiyası riyazi baxımdan sonsuzluğa doğru kəskin şəkildə artacaqdı. Alimlər hesab edirdilər ki, onların nəslindən olanlar aclıqdan deyil, həddindən artıq məskunlaşma səbəbindən "əzilərək" məhv olacaqlar.

Müəyyən müddət alimlərin proqnozları reallıqdan fərqlənmirdi. Lakin 1990-cı illərin əvvəllərindən başlayaraq demoqrafik göstəricilər düşməyə başladı. Hazırda dünyada doğum səviyyəsi 1960-cı ilin göstəricisindən iki dəfədən də azdır.

Məryəm Quliyeva