Zaqatalada 14 yaşlı qız dəm qazından boğularaq ölüb Hadisə

Zaqatalada 14 yaşlı qız dəm qazından boğularaq ölüb

Zaqatalada yeniyetmə qız dəm qazından boğularaq həyatını itirib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.