ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarına məhdudiyyətləri artırıb Gündəm

ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarına məhdudiyyətləri artırıb

ABŞ Dövlət Departamenti Yəmənin şiə "Ənsar Allah" (husilər) hərəkatının gərginliyi artırması fonunda Səudiyyə Ərəbistanında çalışan amerikalı diplomatlar üçün yeni məhdudiyyətlər tətbiq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın Ər-Riyaddakı səfirliyinin saytında məlumat verilib.

İndi amerikalı dövlət qulluqçuları Dammam və Ciddə şəhərlərinin hava limanlarından istifadə etmək üçün xüsusi icazə almalıdırlar. Dünən Dövlət Departamenti Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanının istifadəsinə də analoji məhdudiyyətlər qoymuşdu.

Həmçinin qurum ABŞ vətəndaşlarına hava nəqliyyatından istifadə etməməyi, avtomobil və ya qatarlarla hərəkət etməyi tövsiyə edib.

Oktyabrın 11-də Ər-Riyad hava limanına edilən hücum nəticəsində 1 nəfər həlak olub, 11 nəfər yaralanıb. Oktyabrın 10-da isə eyni hava limanına endirilən zərbələr nəticəsində azı 12 nəfər həyatını itirib, 300-dən çox insan xəsarət alıb.

Məryəm Quliyeva