BƏƏ husilərin Səudiyyə Ərəbistanına zərbələrini pisləyib Dünya

BƏƏ husilərin Səudiyyə Ərəbistanına zərbələrini pisləyib

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının Səudiyyə Ərəbistanına endirdiyi zərbələr Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Körfəzin bütün ölkələrinin təhlükəsizliyini sarsıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu fikri BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bildirib.

"Fars körfəzinin ərəb dövlətlərinə qarşı təcavüzün başlanmasından bəri aydın oldu: biz hamımız hədəfik, təhlükəsizliyimiz isə bölünməzdir. Səudiyyə Ərəbistanı Krallığına endirilən zərbələr BƏƏ-nin və Körfəzin bütün dövlətlərinin təhlükəsizliyini sarsıdır", - deyə o, "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva