Macarıstan Ukraynaya hərbi kömək etməkdən imtina edib Dünya

Macarıstan Ukraynaya hərbi kömək etməkdən imtina edib

Macarıstanın Baş naziri Peter Madyar Finlyandiyanın "Helsingin Sanomat" qəzetinə müsahibəsində Budapeştin Ukraynaya hərbi yardım göstərmək niyyətində olmadığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Index" nəşri məlumat yayıb.

Madyar vurğulayıb ki, Budapeştin mövqeyi silahların Macarıstan ərazisindən tranzitlə daşınması imkanını da istisna edir. Baş nazir həmçinin Zakarpatyedəki macar azlığının hüquqlarının vacibliyinə diqqət çəkib və bu məsələnin tənzimlənməsi üzrə artıq razılığın əldə olunduğunu bəyan edib.

İyul ayında Ankarada keçirilən NATO sammitində Madyar Macarıstanın yeni hökumətinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini, lakin silah tədarük etməyəcəyini bildirmişdi.

Məryəm Quliyeva