11 Oktyabr 21:02
10 Oktyabr 10:00
9 Oktyabr 17:29
Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəlinib
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəlinib
Prezident İlham Əliyev Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
10:44
490
Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində rəsmi qarşılanma mərasimi olub.
APA-nın əməkdaşı xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Krallığının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verib.
Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
12:03
0
11:58
203
11:57
210