Təranə Muradova: “Məktəb ilk növbədə elm və bilik məkanıdır”
11 Oktyabr 21:02
11 Oktyabr 21:02
10 Oktyabr 10:00
9 Oktyabr 17:29
9 Oktyabr 17:20
08:33
462
İran Silahlı Qüvvələri ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə Yaxın Şərqdəki Amerika rəqəmsal infrastrukturu obyektlərini məhv edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rizai "Press TV"yə müsahibəsində bildirib.
Rizainin sözlərinə görə, ABŞ-nin regionda dəyəri 2 trilyon dollardan çox olan texnoloji aktivləri, o cümlədən məlumat mərkəzləri, süni intellekt obyektləri və şəbəkə kabelləri zərbə təhlükəsi altında ola bilər.
Şura katibi vurğulayıb ki, İran əvvəlki münaqişələrdə hərbi potensialının bir hissəsini qəsdən saxlayıb, lakin indi öz imkanlarını tam nümayiş etdirməyə tam hazırdır.
Oktyabrın 9-da "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatların bərpası planlarını hazırlayır. Məlumata görə, ABŞ-nin milli təhlükəsizlik rəsmiləri təxminən üç gün davam etməsi planlaşdırılan qısamüddətli kampaniyanın keçirilməsində maraqlıdırlar.
Məryəm Quliyeva