11 Oktyabr 21:02
10 Oktyabr 10:00
9 Oktyabr 17:29
Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəlinib
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəlinib
Prezident İlham Əliyev Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
10:42
483
Xəzər Rayon İcra Hakimiyyətində rayon ərazisində payız-qış mövsümünə hazırlıq, abadlıq və yaşıllaşdırma işlərinin təşkili, küçə və prospektlərdə mövcud nöqsanların aradan qaldırılmasının vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə rayonun kommunal-təsərrüfat qurumlarının rəhbərləri, qəsəbə, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov qeyd olunan sahələrdə görülən işləri, eləcə də rayonun ümumi memarlıq və estetik görünüşünə xələl gətirən, qəzalı tikililərin vəziyyətini təhlil edib, mövcud nöqsanlar barədə danışaraq aidiyyəti rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.
Yol verilən nöqsanlara və ərazilərə nəzarətin zəif təmin edildiyinə görə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala və Zirə qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə töhmət verilib, Buzovna və Türkan qəsəbələrinin inzibati ərazi dairələri üzrə nümayəndələrinə isə xəbərdarlıq edilib.
Eyni zamanda, rayonun digər qəsəbələrinin nümayəndələrinə də öz fəaliyyətlərində daha tələbkar olmaları, aşkar edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, ərazilərdə abadlıq və təmizlik işlərinin vəziyyətinə nəzarətin gücləndirilməsi, eləcə də gələcəkdə belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi qəti şəkildə tapşırılıb.
Cavid
