Səudiyyə Ərəbistanı Aİ-dən Qırmızı dənizdəki hərbi missiyasını gücləndirməyi xahiş edib Gündəm

Səudiyyə Ərəbistanı Aİ-dən Qırmızı dənizdəki hərbi missiyasını gücləndirməyi xahiş edib

Səudiyyə Ərəbistanı Avropa İttifaqından Qırmızı dənizdəki "Aspides" hərbi-dəniz missiyasını gücləndirməyi və Bab əl-Məndəb boğazından gəmilərin keçidinə kömək etməyi xahiş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən jurnalistlərə bildirib.

"Səudiyyə Ərəbistanı Aİ-dən Qırmızı dənizdəki "Aspides" missiyamızı gücləndirməyi xahiş edib ki, o, Səudiyyə Ərəbistanı qüvvələri ilə çiyin-çiyinə çalışaraq gəmilərin Bab əl-Məndəb boğazından keçməsinə kömək etsin", - deyə Kallas qeyd edib.

O, həmçinin Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) Ər-Riyad hava limanına endirdiyi zərbələri pisləyib.

Məryəm Quliyeva