Fransadakı iğtişaşlar Makronun Avropa Şurasındakı mövqeyini zəiflədib Dünya

Fransadakı iğtişaşlar Makronun Avropa Şurasındakı mövqeyini zəiflədib

Fransada ötən həftəsonu iğtişaşlara çevrilən etiraz aksiyaları ölkə Prezidenti Emmanuel Makronun Avropa Şurasındakı mövqelərini zəiflədib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri diplomatiya mənbələrinə istinadən məlumat yayıb.

"Bu (iğtişaşlar) sadəcə olaraq onun hərəkət etmək imkanlarını məhdudlaşdırır", - deyə adı açıqlanmayan Aİ diplomatı bildirib.

Oktyabrın 17-də Parisdə və bütün Fransa ərazisində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların qiymətləndirmələrinə görə, aksiyalarda 800 min insan iştirak edib, Daxili İşlər Nazirliyi isə 550 min etirazçının iştirak etdiyini bildirib ki, bu da hüquq-mühafizə orqanlarının analitiklərinin proqnozlarından iki dəfə çoxdur. Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili İşlər naziri Loran Nunyes ölkə üzrə 2 mindən çox şəxsin saxlanıldığını bildirib və səlahiyyətlilərin bütün talançı və iğtişaşçıların təqibini davam etdirəcəyinə söz verib.

Məryəm Quliyeva