10:17
462
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlara şans vermək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini 60 gün müddətinə təxirə salıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət katibi Marko Rubio bildirib.
"O, sanksiyaların qüvvədə olmasını 60 gün müddətinə dayandırdı, çünki hazırda həm Ukrayna, həm də Rusiya ilə aparılan danışıqların müsbət nəticə verəcəyini və daha bir dağıdıcı müharibə və münaqişə ilindən qaçmağa imkan yaradacağını görmək istəyir", - deyə o qeyd edib.
Məryəm Quliyeva