10:16
455
Pakistanda Bəlucistan əyalətinin Qvadar dairəsinin Pasni rayonunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində ölkə ordusunun mayoru həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə hüquq-mühafizə strukturlarına istinadən "Tasnim" agentliyi məlumat yayıb.
Bundan əlavə, təhlükəsizlik qüvvələrinin Kalat və Qvadar rayonlarında keçirdiyi aksiyalar və ərazinin təmizlənməsi əməliyyatları zamanı separatçı silahlı birləşmələrin 4 üzvü zərərsizləşdirilib.
Məryəm Quliyeva