Azərbaycan neftinin qiyməti 127 dollara çatır İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 127 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 30-da 126,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,89 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 125,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,88 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,97 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 122,34 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,67 dollar/barel çoxdur.