"Çelsi"nin baş məşqçisi Premyer Liqada ötən ayın ən yaxşısı seçilib
AFFA Hakimlər Komitəsinin sədri FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqləyib
Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər
FHN-in strukturlarında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib
Livan XİN rəhbəri: İranın siyasəti Yaxın Şərqdə qeyri-stabilliyin mənbəyidir
1 İyun 2022 13:01
4 704
arantin qaydalarının yumşaldılmasından sonra Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur.
Bunu Trend-ə turizm məsələləri üzrə ekspert Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycana turistlər əsasən Pakistan, Hindistan, İsrail və ərəb ölkələrindən gəlirlər.
"Bundan sonra da Azərbaycana turist axınında artım olacağı gözlənilir. Turistlərin gəlməsi ölkəmizə kapital axınının artması deməkdir. Xarici ölkələrdən turist cəlb eləmək üçün işlər görülür. Ancaq quru sərhədlərimizin bağlı olması turist axınına mənfi təsir edir. Əksər məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədləri hələ də bağlıdır. Bu isə turistlərin kütləvi şəkildə gəliş-gedişinə çətinlik yaradır. Quru sərhədlər açılsa, indikindən daha çox turist qəbul edə bilərik".
Ekspert bildirib ki, işğaldan azad olunan torpaqların təbii potensialı orada turizmin müxtəlif növləri ilə məşğul olmaq imkanı yaradır.
"Gələcəkdə azad edilən torpaqlara turların təşkil olunması ölkəmizə turizm axınını artıracaq. Xarici ölkələrdə azad olunan torpaqlarımıza səfər etmək istəyənlər çoxdur", - Ə.Şiriyev deyib.