SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
2 İyun 2022 16:05
4 550
Azərbaycan dünya qaz istehsalında böyük rol oynayacaq.
Trend-in məlumatına görə, bunu "Total Energies" şirkətinin icraçı direktoru Regis Aqut Bakıda keçirilən 27-ci Enerji forumunda deyib.
"Azərbaycanın qaz tədarükünün genişləndirilməsində böyük potensialı var. Bu gün Azərbaycandan Cənub Qaz Dəhlizi ilə tədarük diqqət mərkəzindədir. Xəzər dənizinin ehtiyatları çox böyükdür", - deyə o bildirib.
Onun sözlərinə görə, "Total Energies"in SOCAR-la Abşeronda birgə layihəsi bu baxımdan vacib rol oynayır.
"Bizim SOCAR-la layihəmiz aşağı tullantı səviyyəsinə malikdir, amma yenə də karbonsuzlaşma prosesinə investisiyalar lazımdır", - R.Aqut deyib.