![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)
![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)
26 İyul 18:03
1995-ci ildən 2021-ci ilədək Azərbaycanın Qazaxıstanın qeyri-neft sektoruna investisiyaları 200 milyon dollardan çox, Qazaxıstanın Azərbaycanın qeyri-neft sektoruna investisiyaları isə 100 milyon dollara yaxın olub.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov Bakıda Qazaxıstan istehsalçılarının ticari-iqtisadi missiyası çərçivəsində biznes forum zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda 15 mindən çox xarici kapitallı şirkət var ki, onların 159-u Qazaxıstan kapitallıdır.
"Bu şirkətlər sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Qazaxıstan bazarında təmsil olunub", - deyə o bildirib.
O.Məmmədov Qazaxıstan biznesinin Azərbaycana cəlb olunmasında marağın olduğunu bildirib və bunun üçün zəruri kömək göstərməyə hazır olduqlarını qeyd edib.
"Bizim 20-dən çox kiçik və orta biznesin inkişafı mərkəzləri iş adamlarının xidmətindədir. 2021-ci ildə 23 mindən çox iştirakçı üçün 1,6 mindən çox məşğələ keçirilib, 76 yeni KOB subyektinin yaradılmasına dəstək göstərilib", - O.Məmmədov deyib.