Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
4 İyul 2022 09:33
5 019
Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti 5 iyul tarixində Nur-Sultan şəhərində keçiriləcək Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iclas çərçivəsində Hökumətlərarası Komissiyanın 17-ci iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.
25 Sentyabr 18:39
1 050
25 Sentyabr 18:38
1 015
25 Sentyabr 17:34
1 015