Azərbaycan nefti ucuzlaşıb İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 19-da 120,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 118,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,68 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,85 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 113,46 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,62 dollar/barel azdır.