Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
15 Avqust 2022 15:22
7 322
Bu gün saat 15:00-da Mənzil İnşaatı Dövlət Agentliyi istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasını istifadəyə verəcək.
Trend Agentliyə istinadən xəbər verir ki, yeni xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və yaxud Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.
Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 14 sentyabr 2022-ci il tarixi saat 00:00-a qədər aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.
“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən həm satış modulunun, həm də gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.
Diqqət: Sınaq versiya vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:
Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.
“Güzəştli mənzil” sistemində 15 – 22 sentyabr 2022-ci il tarixində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib.
25 Sentyabr 18:39
1 050
25 Sentyabr 18:38
1 015
25 Sentyabr 17:34
1 015