“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
10 Oktyabr 2022 10:31
5 600
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Ötən həftənin cümə günü əmək bazarına dair statistik göstəricilərin artımla açıqlanması, eləcə də FED-in iqtisadiyytaın zəifləməsinə baxmayaraq, yüksək inflyasiyanın qarşısını almaq üçün sərt monetar siyasəti davam etdirməsi və cari həftənin cümə axşamı dərc olunacaq inflyasiya göstəricilərinin yüksək proqnozlaşdırılması fonunda dollar indeksi yenidən bahalaşır. İnflyasiya göstəriciləri proqnozlaşdırılan kimi yüksək açıqlanarsa, EURUSD 0.96$-a kimi ucuzlaşa bilər.
GBP.
Bu həftə İngiltərədə açıqlanacaq əmək bazarı və ÜDM göstəriciləri GBPUSD cütlüyündəki tendensiyanın gedişatında həlledici roll oynaya bilər. Göstəricilər zəif açıqlanar və dollar indeksindəki yüksəliş davam edərsə, funt dollar qarşısında 1.08$-a kimi ucuzlaşa bilər.
TRY.
Ötən həftə 18.60 hədlərinə kimi yüksələn USDTRY məzənnəsi tarixi maksimumlarını yenilədi. Türkiyə iqtisadiyyatı üzərində artan təzyiqlər fonunda USDTRY cütlüyü 19.0000 hədlərinə kimi bahalaşa bilər.
OİL
“OPEC+”-un ABŞ-ın qlobal neft qiymətlərini aşağı saxlamaq cəhdlərinə cavab olaraq, neft hasilatını azaltmaq qərarından sonra, dolların möhkəmlənməsinə baxmayaraq, cümə günü 5 həftənin ən yüksək səviyyəsinə yüksələn neft qiymətləri gündəmdə qalmaqda davam edir. 100$-lıq psixoloji hədd yuxarıya doğru qırılarsa, artım tendensiyası daha kəskin xarakter ala bilər.
GOLD.
Ötən həftə 1730$-a kimi bahalaşan qızıl burada müqavimətlə qarşılaşaraq yenidən 1695$-a kimi ucuzlaşdı. Dollar indeksindəki yüksəliş davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1620$-a kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
1 Noyabr 14:45
2 037
1 Noyabr 13:43
2 079
1 Noyabr 13:27
2 030