KİV: “London mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı ABŞ-la razılaşmaya yaxındır” İqtisadiyyat

KİV: “London mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı ABŞ-la razılaşmaya yaxındır”

Böyük Britaniya və ABŞ gələn il krallığa böyük həcmdə mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı razılaşmanın yekun mərhələsindədir.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” nəşri yazıb.

Bildirilib ki, ölkənin yeni Baş naziri Rişi Sunak yaxın günlərdə razılaşmanı elan edə bilər.

Nəşrin məlumatına görə, ABŞ və Böyük Britaniya “enerji təhlükəsizliyi tərəfdaşlığı” krallığın 10 milyard kubmetrədək mayeləşdirilmiş təbii qaz satışını imkan verir. Məqalə müəllifləri qeyd ediblər ki, tədarüklərin dəqiq həcmləri hələ də müzakirə olunur, lakin yekun rəqəm ictimailəşməyə bilər.

Böyük Britaniya qışda elektrik enerjisi qıtlığından yan keçmək üçün Qətər və Norveç də daxil olmaqla qaz tədarükçüləri ölkələri ilə aylardır danışıqlar aparır. Qəzetin məlumatına görə, Baş nazirin bu vəzifədəki sələfi Liz Trass ABŞ Prezidenti Cozef Baydenlə ABŞ-dan mayeləşdirilmiş təbii qaz tədarükü məsələsini şəxsən müzakirə edib.

2021-ci ilə qədər Böyük Britaniya bazarına daxil olan qazın təxminən yarısı Böyük Britaniyanın Şimal dənizindəki şelfindən gəlir. Norveç Böyük Britaniyaya ən böyük qaz ixrac edən ölkədir. Britaniya idxalının təqribən 17 %-i mayeləşdirilmiş təbii qaz tədarükləridir ki, bunun da əksəriyyəti Qətər, ABŞ və Rusiya tərəfindən gerçəkləşdirilir.