SOCAR-ın nümayəndə heyəti Türkiyədə İqtisadiyyat

SOCAR-ın nümayəndə heyəti Türkiyədə

Tural

Noyabrın 17-18-də SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov və emal üzrə vitse-prezidenti Davud Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına neft emalı zavodunda nəzərdə tutulan yenidənqurma işləri çərçivəsində Türkiyənin İzmir və İzmit şəhərlərində işguzar səfərdə olmuşlar. Təcrübə mübadiləsi məqsədi daşıyan səfər çərçivəsində nümayəndə heyəti noyabrın 17-də SOCAR-ın Türkiyənin İzmir bölgəsinin yaxınlığında inşa etdiyi "STAR" Neft Emalı Zavodunda aparılan layihələndirmə və tikiniti işlərinin gedişatı ilə tanış olmuş, ətraflı fikir mübadiləsi aparmışlar. SOCAR nümayəndə heyəti noyabrın 18-də Türkiyənin İzmit şəhərində yerləşən "TÜPRAŞ İzmit" neft emalı zavodunda yekunlaşdırılmaqda olan iri həcmli yenidənqurma işləri ilə tanış olmuşlar. Hər iki görüş zamanı SOCAR nümayəndələrinə layihələr barədə ətraflı məlumatlar verilmiş, tikinti meydançalarına səfərlər təşkil edilmiş, bu tip mürəkkəb layihələrin icrası zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə olunmuşdur. Görüşlərdə Heydər Əliyev adına neft emalı zavodunun direktoru Elman İsmayılov iştirak etmişdir.