Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
Tramp İranın Hörmüz boğazı yaxınlığındakı hədəflərinə zərbələr endirildiyini açıqlayıb
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı videoçarx paylaşılıb
Heydər Əliyev Mərkəzinin binası Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıb
2 Fevral 2023 19:20
3 955
2022-ci ildə Azərbaycanda avtomobil bazarında müxtəlif kateqoriyalı avtomobillər üzrə qiymət artımları müşahidə olunub.
Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, qiyməti 30 min manata qədər olan avtomobillərin qiyməti 2022-ci ildə 8.5 faiz yüksəlib. Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin avtomobillərin qiymətində il ərzində 3.4 faiz artım qeydə alınıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, 2022-ci ildə Azərbaycana 1 057,8 milyon ABŞ dolları dəyərində 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.