BƏƏ İranı Körfəz ölkələrinə təzminat ödəməyə çağırdı
29 Mart 15:32
29 Mart 15:32
29 Mart 15:22
29 Mart 14:01
3 May 2023 13:23
3 822
Mərkəzi Bank faiz dərəcəsinin hər hansı konkret faizinə nail olmağı qarşısına hədəf olaraq qoymur.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
"Təkrar maliyyələşdirmənin faiz dərəcəsini artırmaqla və ya azaltmaqla biz inflyasiyanı saxlayan və yüngülləşdirən maliyyə bazarına səmərəli təsir göstəririk. Bazarın sabit olduğunu görürüksə, istər iqtisadiyyata, istərsə də inflyasiyaya mənfi təsir müşahidə olunmur, yəni trayektoriya müsbətdir. Bu zaman fasilə veririk. Sabitlik davam edərsə, faiz dərəcəsinin azaldılması və ya artırılması imkanını nəzərdən keçirəcəyik", - o deyib.