İranda yol kənarında partlayış: SEPAH hərbçisi həlak olub
2 Oktyabr 17:39
2 Oktyabr 17:39
2 Oktyabr 15:43
2 Oktyabr 14:06
19 May 2023 10:31
4 200
Son iki il ərzində Azərbaycanın güclü iqtisadi artımı COVID-19 sonrası bərpa və karbohidrogen ixracından gələn yüksək gəlirlərlə bağlıdır.
Trend xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Regional iqtisadi perspektivlər" hesabatında deyilir.
AYİB-in qiymətləndirmələrinə əsasən, 2022-ci ildə Azərbaycanda istehsalın həcmi 4,6 faiz artıb, qeyri-neft və qaz sektorlarında isə artım 9 faiz olub, belə ki iqtisadiyyat əhəmiyyətli dərəcədə xarici valyuta axınınından qazanıb.
"Yüksək neft və qaz qiymətləri ixrac gəlirlərini artırıb. Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırmağa davam edib və bankın son qərarına əsasən uçot dərəcəsi 8,75 faizədək artıb", - hesabatda deyilir.
AYİB ölkənin ÜDM-nin 2023-cü ildə 2,5 faiz, 2024-cü ildə isə 2,7 faiz artacağını proqnozlaşdırır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkənin ÜDM-i 2023-cü ilin yanvar-aprel aylarında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq 39,986 milyard manata çatıb.
Komitənin məlumatlarına görə, 2023-cü ilin hesabat dövründə 2022-ci ilin analoji dövrü ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 3,1 faiz, neft-qaz sektorunda isə 2,9 faiz artıb.
2 Oktyabr 17:52
721
2 Oktyabr 16:57
791
2 Oktyabr 16:29
721