SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
26 Fevral 2024 15:56
3 738
Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir. Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi. Bu İqtisadiyyat Nazirliyindən Xalqcəbhəsi.az-a verilən məlumatda qeyd edilib. Həmçinin vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun antirerror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edildi, o cümlədən Xocalı rayonu da separatçılardan təmizləndi. Bu gün Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımız haqq-ədalətin təntənəsini, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını nümayiş etdirir.
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
4 Aprel 16:10
1 512
3 Aprel 17:40
1 995
3 Aprel 16:45
1 939