27 İyul 14:20
27 İyul 14:16
12 Mart 2024 10:23
3 983
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avropaya 2,1 milyard kubmetr qaz ixrac olunub.
Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
Məlumata görə, bu il ərzində Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz ixrac olunub.
Bundan başqa, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 0,8 milyard kubmetr qaz nəql edilib.
Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə başlayıb. Dəhlizin Avropa hissəsinin (TAP) ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr qazdır. 2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında bu infrastrukturun gücünün 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutan memorandum imzalanıb.
27 İyul 20:53
602
27 İyul 19:03
651
27 İyul 18:05
686