Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
30 Oktyabr 2024 16:36
3 920
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 617.1 kq nərə balığı kürüsü istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2023-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 49% və ya 203.1 kq çoxdur. Belə ki, 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycanda 414 kq nərə balığının kürüsü istehsal edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 553 min 780 ABŞ dolları dəyərində 480 kq nərə balığının kürüsü ixrac edilib. Bu dövrdə qara kürünün 1 kq-nın orta ixrac qiyməti isə 1961 manat təşkil edib.
Xatırladaq ki, bu ilin 8 ayında Azərbaycana Çindən 1 milyon 89.9 min ABŞ dolları dəyərində 3630 kq qara kürü idxal edilib. Bu məhsulun 1 kq-nın orta idxal qiyməti isə 510 manat təşkil edib.
25 Sentyabr 18:39
1 043
25 Sentyabr 18:38
1 008
25 Sentyabr 17:34
1 008