10 Dekabr 23:43
10 Dekabr 23:33
10 Dekabr 23:13
15 Yanvar 10:17
2 926
ABŞ Energetika Nazirliyi 2025-ci ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 73,58 ABŞ dollarından 74,31 dollaradək yüksəldib.
"APA-Economics"in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə WTI markalı neftinin qiyməti 70,31 dollar (öncəki proqnoz – 69,12 dollar) səviyyəsində olacağı ehtimal olunur.
Bununla yanaşı EIA 2026-cı il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu açıqlayıb. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 66,46 dollar WTI-ın isə 62,46 dollar.
Qeyd olunur ki, 2024-cü ildə “Brent” və WTI markalı neftinin qiyməti müvafiq olaraq 80,56 dollar (öncəki proqnoz – 80,49 dollar) və 76,6 dollar (öncəki proqnoz – 76,51 dollar) təşkil edib.
10 Dekabr 23:32
805
10 Dekabr 23:30
791
10 Dekabr 18:13
1 120