Cənubi Koreya Ukraynadakı genişmiqyaslı hərbi layihəni dayandırıb Dünya

Cənubi Koreya Ukraynadakı genişmiqyaslı hərbi layihəni dayandırıb

Cənubi Koreyanın müdafiə sahəsində fəaliyyət göstərən "Newtype Industries" startapı Ukraynada artilleriya üçün süni intellekt əsaslı proqram təminatının sınaqdan keçirilməsi üzrə irimiqyaslı layihəsini dayandırıb.

Xalqcebhesi.az "The Diplomat" portalına istinadən xəbər verir ki, bu addım tərəflər arasında yaranan diplomatik gərginlik fonunda atılıb.

Şirkətin baş direktoru Senqvon Ço bildirib ki, oktyabrın ortalarında əməkdaşlığa cavabdeh olan Ukrayna nümayəndəsi yuxarı rəhbərlikdən birgə işin dayandırılması barədə tapşırıq aldığını elan edib. Nəticədə planlaşdırılan sınaqlar, yerində rəylərin toplanması və texnologiyanın tətbiqi ilə bağlı danışıqlar qeyri-müəyyən müddətə təxirə salınıb və ya ləğv edilib.

Daha əvvəl bildirilirdi ki, Ukrayna ilə münasibətlərinin pisləşməsi fonunda Cənubi Koreya Rusiyaya yaxınlaşır və bu, Avropa müttəfiqləri arasında narahatlıq doğurur. Avropa tərəfi Seulun münaqişə bitdikdən sonra milli maraqlarını öndə tutaraq Moskva ilə əlaqələri bərpa etməyə hazırlaşdığından ehtiyatlanır.

Məryəm Quliyeva