4 Noyabr 15:45
ABŞ-da aviasiya böhranı səbəbilə uçuşlar tamamilə dayana bilər
ABŞ hökumətinin bağlanması ölkə tarixində ən uzunmüddətli bağlanma olub
Ceyhun Bayramov Əlcəzair Xalq Milli Assambleyasının sədri ilə görüşüb
Qətərin paytaxtı Dohada BMT-nin İkinci Dünya Sosial Sammiti keçirilir
TÜRKPA-nın Baş katibi TDT-nin Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb
15 Aprel 11:03
2 149
2024-cü ilin iş planına uyğun keçirilmiş 34 auditdə büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanlar aşkar edilib.
“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Palata qeyd edib ki, audit nəticələri qurumlar tərəfindən proqnozlaşdırma işinə lazımi diqqətin ayrılmadığını, o cümlədən dövlət vəsaitinə tələbatın düzgün müəyyənləşdirilmədiyini və nəticədə tələbatın il ərzində dəfələrlə dəyişdirildiyini, vahid büdcə təsnifatının (büdcə uçotunun) tələblərinə əməl olunmadığını, büdcə vəsaitinin bank hesablarında istifadəsiz qalaraq təyinatı bəlli olan qalıq vəsaitlərin dövlət büdcəsinə ümumiyyətlə və ya vaxtında qaytarılmadığını göstərib.
Auditlərlə müəyyən olunub ki, bəzi publik hüquqi şəxslərdə dövlət sifarişinin mahiyyətini müəyyənləşdirən tələblər doğru müəyyən edilməyib, illik tələbatın düzgün müəyyənləşdirilməməsi nəticəsində büdcə vəsaiti müxtəlif şərtlərlə banklara depozitə yerləşdirilib.
Qeyri-büdcə gəlirlərinin dövlət sifarişi üzrə dövlət büdcəsindən maliyyələşən gəlirlərə nisbətinin artması fonunda dövlət büdcəsinin vəsaitlərindən asılılıq azalmayıb, o cümlədən əməyin ödənişi və ya mükafatlandırılma xərclərinin qeyri-büdcə mənbələrindən yaranan həmin sərbəst vəsaitlər hesabına maliyyələşdirilməsi diqqətdə saxlanmayıb.
4 Noyabr 18:34
1 218
4 Noyabr 17:45
1 155
4 Noyabr 17:43
1 134