Avropada təbii qazın qiyməti 425 dollardan aşağı enib İqtisadiyyat

Avropada təbii qazın qiyməti 425 dollardan aşağı enib

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 425 ABŞ dollarından aşağı enib.

“APA-Economics” xəbər verir ki, 23 may tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə iyun fyuçerslərinin qiyməti 423,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (428 dollar) ilə müqayisədə 1% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.