"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək
Ukraynanın PUA hücumundan sonra Taqanroqda fövqəladə vəziyyət elan edilib
AM Best: “AzRe”nin xarici bazarlarda böyük risklərə qarşı qorunması zəifdir
ABŞ-nin Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alması müzakirə olundumu?”
10:32
574
Beynəlxalq təcrübəyə uyğun olaraq vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır.
Bunu "APA-Economics”ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov deyib. O bildirib ki, gələn ildən beynəlxalq təcrübədə istifadə olunan “üfüqi monitorinq” mexanizminin tətbiqi və paralel olaraq elektron audit tədbirinin ləğv edilməsi təklif olunur.
Nicat İmanov vurğulayıb ki, bu model vergi ödəyicisi ilə vergi orqanı arasında münasibətlərin daha açıq, operativ və əməkdaşlıq əsaslı şəkildə qurulmasına imkan verəcək. Yeni sistem çərçivəsində sənədlərin və məlumatların rəqəmsal platforma üzərindən qarşılıqlı mübadiləsi nəzərdə tutulur ki, bu da həm hesabatlığın, həm də nəzarətin effektivliyini artıracaq.
“Vergi inzibatçılığının sadələşdirilməsi və sahibkarlar üçün daha rahat vergi mühiti yaradılması istiqamətində 2026-cı ildə bir sıra mühüm yeniliklərin tətbiqi nəzərdə tutulur. Əsas məqsəd şəffaflığın artırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi və vergi administrasiyasının müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılmasıdır. Bu çərçivədə həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyi, həm də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyəti ardıcıl şəkildə təkmilləşdirilir” - deyə, DVX rəsmisi qeyd edib.