18:56
847
“Neft qiymətlərinin qalxması cari dönəmdə maaş və pensiyaların artmasına əsas vermir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.
G.Hüseynova qeyd edib ki, hazırda geosiyasi balansın pozulması, regionda baş verən hadisələr enerji sektorunda qiymətlərin yüksəlməsinə səbəb olub: “Lakin sosial müavinət və maaşların artırılması üçün qiymətlərin uzunmüddətli və ardıcıl olaraq yüksəlməsi gərəklidir. Bundan əlavə onu qeyd edim ki, əmək haqqı və maaşlar əsasən yeni ilin başlanğıcında nəzərdə tutulur. Bu da təbii ki, dövlət büdcəsinin bir sonrakı il gəlir və xərcləri, həmçinin sosial-iqtisadi xərclər hesablanarkən real gəlirlər və büdcə proqnozu nəzərə alınır”.
Röya İsrafilova