Çinin Baş prokuroru Azərbaycana gəlib, memorandum imzalanıb - YENİLƏNİB
Prezident İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir - YENİLƏNƏCƏK
Sənaye zonalarında istehsalın həcmi 2 milyon manata yaxınlaşıb
Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib
15:03
329
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi 1 milyard 940 milyon manata çatıb.
Bu barədə Teleqraf-a açıqlamasında İZİA-nın Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Quliyev deyib.
O bildirib ki, 2026-cı ilin birinci yarısında sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 1 milyard 940 milyon manat olub:
"Bu dövrdə istehsal olunan məhsulların 554,7 milyon manatlıq hissəsi ixrac edilib. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentlərinə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mühüm vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 10 il müddətində ƏDV və gömrük rüsumu tətbiq edilmir".