13:52
329
Yaponiyanın mərkəzi hissəsində yerləşən İse şəhərində (Mie prefekturası) ticarət məhəlləsində güclü yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli ictimai televiziya məlumat yayıb.
Televiziyanın kadrlarına əsasən, yanğın ticarət məhəlləsindəki bir neçə binanı birdən bürüyüb. Hadisə yerində ən azı 10 yanğınsöndürmə briqadası çalışır. Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ticarət məhəlləsinin yaxınlığında məşhur turizm məkanı olan İse məbədi də yerləşir. Alovun məbəd kompleksinə çatıb-Çatmadığı məlum deyil.
Məryəm Quliyeva