Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb Hadisə

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 (bir) nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb