17:59
441
“Azərbaycan-Türkmənistan əlaqələri inkişaf edir və bu inkişafı bütün sahələrdə və istiqamətlərdə görmək mümkündür”.
Bunu Xalq Cəbhəsinə açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
“Bu gün Azərbaycan-Türkmənistan əlaqələri inkişaf edir. Bu əlaqələrin inkişafını biz bütün sahələrdə və bütün istiqamətlərdə görürük. Və bu mənada bu əlaqələrin inkişafı ümumi qarşıya qoyulan məqsəd və hədəflərə töhfə vermək baxımından çox önəmlidir və çox vacibdir. Və bu mənada cənab Prezidentin səfəri xüsusi önəm və xüsusi əhəmiyyət daşıyır. Və bu mənada bu səfər əlaqələrin daha da inkişaf etməsinə, daha da irəli getməsinə, daha da güclənməsinə özünün birmənalı olaraq çox ciddi töhfəsini verəcək”.
C.Məmmədovun sözlərinə görə, səfər çərçivəsində müxtəlif sənədlərin və müqavilələrin imzalanması gözlənilir:
“Sənədlər imzalanacaq, müqavilələr imzalanacaq. Yəni qarşılıqlı əlaqələrin güclənməsi üçün tərəflər bütün potensiallarını ortaya qoyacaqlar”.
Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzu və mövqeyi getdikcə daha da möhkəmlənir:
“Və biz başa düşürük, əslində iştirak Azərbaycana xüsusi bir yanaşmadır, Azərbaycana göstərilən bir diqqətdir. Bu gün ölkəmizin nüfuzu günü-gündən daha da artır, mövqeyi daha da möhkəmlənir”.
Günel Elxan
18:42
840
17:46
490
17:44
490