"Rusiya beynəlxalq hüquqa zidd müharibə aparır" Dünya

"Rusiya beynəlxalq hüquqa zidd müharibə aparır"

Beynəlxalq humanitar hüquqa əsasən, münaqişə zamanı mülki obyektlərin məqsədli şəkildə vurulması birmənalı olaraq qadağandır və hərbi cinayət hesab olunur. Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiyanın Ukraynanın mülki infrastrukturuna (yaşayış binaları, xəstəxanalar, məktəblər və enerji sistemi) endirdiyi zərbələr beynəlxalq qanunların fundamental prinsiplərini pozur.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov deyib.

Xatırladaq ki, Rusiya hərbçilərinin oktyabrın 8-də səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə endirdiyi zərbə nəticəsində 12 nəfər ölüb, 14 nəfər yaralanıb.

F.Kərimov qeyd edib ki, Rusiya Ukraynada mülki obyektləri bombalamağı dayandırmalıdır: "Rusiya rəsmiləri (o cümlədən prezident Vladimir Putin) mülki obyektlərin qəsdən hədəf alınmadığını bəyan edir və endirilən zərbələrin yalnız Ukraynanın hərbi potensialını zəiflətmək məqsədi daşıyan infrastruktur və hərbi təyinatlı dual-use (ikitərəfli istifadə) obyektlərinə qarşı olduğunu iddia edirlər. Amna fakt odur ki, Kreml mülki obyektləri də hədəfə alır".

Cavid